Tramp: "Putinlə görüş səmərəli ola da bilər, olmaya da bilər"

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlədiyini deyib.

Məlumata görə, bu barədə D.Tramp Brüsseldə NATO sammiti çərçivəsində mətbuat konfransı zamanı deyib.

O bildirib ki, V. Putinlə görüş proqramı zəngin olacaq: ”Görək, nə baş verəcək. Bu görüş səmərəli ola da bilər, olmaya da bilər. Amma fikrimcə, Putinlə görüş əla fikirdir”.

Qeyd edək ki, iki prezidentin görüşü iyulun 16-ı Finlandiyanın paytaxtı Helsinkidə planlaşdırılır. (trend)

12.07.2018 18:14 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo