Ağsudakı yanğın elektrik enerjisinin verilişində fasilə yaradıb

Eşqin Nuruşov/AZADİNFORM. “Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

Azadinform xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin yaydığı məlumatda deyilir.

”Azərişiq” ASC  öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu, Heydər Əliyev  hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda  həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.

"Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC  istehlakçılarından üzr istəyir", - deyə məlumatda vurğulanıb.

12.07.2018 17:50 / Baxılıb: 339 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo