Daha bir yolda nəqliyyatın hərəkəti dəyişdirilir Foto

Samir Soltanov/AZADİNFORM. Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücü qovşağın altında - Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir. 

Bakı Nəqliyyat Agentliyindən Azadinform-a verilən məlumata görə, artıq Bakı Nəqliyyat Agentliyinin bununla bağlı hazırladığı layihənin icrasına başlanılıb: “Layihə çərçivəsində Fəzail Bayramov küçəsində geri dönmə yeri təşkil ediləcək ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq”. 

Qeyd edək ki, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən, onlar Babək və Xocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

12.07.2018 15:22 / Baxılıb: 62 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo