Bu il 10 rayonda əmək yarmarkası keçirilib

Samir Soltanov/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkənin 10 rayon və şəhərində (Daşkəsən, Naftalan, Qəbələ, İsmayıllı, Şəki, Xaçmaz, Quba, Qax, Neftçala, Bakının Qaradağ rayonu) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları keçirib. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, yarmarkalarda həmin rayon və şəhərlər üzrə 280 müəssisədən 3 minədək vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Bu aktiv məşğulluq tədbirlərində işaxtaran və işsiz vətəndaşlara öz seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib. 

Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən şəxslər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. Ayrı-ayrı şəxslər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib. 

Respublikanın digər şəhər və rayonlarında da əmək yarmarkalarının təşkili üçün müvafiq işlər aparılır.

12.07.2018 15:12 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.11.2018
    14.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo