Meyvə-tərəvəz ixracı 13%-dən çox artıb

Eşqin Nuruşov/AZADİNFORM. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 276 mln. 701,57 min ABŞ dolları dəyərində 299 min 677,26 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ayı ilə müqayisədə 34 min 968,67 ton və ya 13,21% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 46 mln. 635,38 min dollar və ya 20,27% çoxdur.

Xatırladaq ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 230 mln. 66,19 min dollar dəyərində 264 min 708,59 ton meyvə-tərəvəz ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 3,19%-ni təşkil edib.

12.07.2018 14:35 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo