Elektrik enerjisinin ixracı 2 dəfəyədək artıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 1 milyard 156 milyon 305 min kilovat/saat elektrik enerjisi ixrac olunub. 

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, 6 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 54 milyon 606 min ABŞ dolları təşkil edib. 

2017-ci ilin müvafiq dövründə ölkədən 584 milyon 427 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 25 milyon 98 min dollar olub. 

Beləliklə də, bu ilin birinci yarısında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək artıb.

12.07.2018 14:16 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo