Təmir aparılan mənzildən silah aşkarlanıb Binəqədidə

Samir Soltanov/AZADİNFORM. Binəqədidə təmir aparılan mənzildən silah tapılıb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, rayonun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətindəki yardımçı otaqda təmir işləri apararkən tapdığı - divarın içərisində hərbi paltara bükülərək gizlədilmiş 2 ədəd “AKS” markalı silahı, 7 ədəd patron darağını və 219 ədəd patronu 4-cü Polis Şöbəsinə təhvil verib.

12.07.2018 14:08 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo