Neftçi Uypeşt oyununa biletlərin 60 faizdən çoxu satılıb

Samir Soltanov/AZADİNFORM. Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün saat 21:00-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Uypeşt” oyununa bilet satışı davam edir. 

Azadinform klubun saytına istinadən xəbər verir ki, satışa çıxarılmış 6000 ədəd biletin 60 faizdən çoxu satılıb. Qiyməti 1, 2, 5 və 20 (VIP yerlər) AZN təşkil edən biletlərin satışı saat 13:00-da "Dalğa Arena”ya köçürülüb.  

Xatırladaq ki, azarkeşlərimizin oyuna gedib-qayıtmaları təmin olunacaq. Bunun üçün ayrılan 16 ədəd avtobus saat 18:00-dan etibarən "Ulduz” metrostansiyası yaxınlığından stadiona yollanacaq.

12.07.2018 14:00 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo