Terroristlərin istənilən cəhdi uğursuzluğa məhkumdur

 

AZADİNFORM. “Düşünürəm ki, baş verənlər təsadüfi deyil və bəzilərinin təqdim etdiyi kimi məişət zəminində baş verməyib. Bu hadisə antiAzərbaycançı güc mərkəzləri tərəfindən təşkil edilmiş məqsədyönlü terror hadisəsidir”. Azadinform xəbər verir ki, bu sözləri millət vəkili Hikmət Babaoğlu deyib.

 

H.Babaoğlu bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan şəxslər, mərkəzlər var: “Son məqsəd Yaxın Şərqin müsəlman ölkələrinə tətbiq edilən xaos siyasətini Azərbaycana transfer etməklə ölkəmizi terror poliqonuna çevirmək və bu yolla Dağlıq Qarabağ problemini birdəfəlik unutdurmaqdır. Ancaq hadisələrin inkişafı göstərdi ki, bu məkrli planı Azərbaycanda həyata keçirmək o qədər asan məsələ deyil. Çünki hər şeydən öncə Azərbaycanda funksional dövlət institutları, kifayət qədər effektiv fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanları və əmin-amanlığı təmin etməyə qadir olan hüquq-mühafizə orqanları var. Azərbaycanda ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyi var”.

Millət vəkili onu da deyib ki, Azərbaycan polisi öz canı bahasına olsa belə, dövlət və millət qarşısında vəzifəsini şərəflə yerinə yetirir: “Hər bir vətəndaş bilir ki, onun təhlükəsizliyinin və asayişin qorunmasını təmin edən hüquq-mühafizə orqanları var. Terroristlərin istənilən cəhdi uğursuzluğa məhkumdur. Bu gün hər bir vətəndaşın tələbi və istəyi ondan ibarətdir ki, Azərbaycanı suriyalaşdırmaq istəyən radikallara qarşı ciddi mübarizə aparılsın və onlar cəzasını alsın. Əks təqdirdə, cəzasızlıq mühiti yeni cinayətlərə şərait yarada bilər və bu, yenidən milli maraqlarımız və dövlətçiliyimiz üçün ciddi təhdidlər yarada bilər”.

12.07.2018 13:46 / Baxılıb: 195 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.11.2018
    14.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo