Rövşən Rzayev Qaradağda məcburi köçkünlərlə görüşüb

Samir Soltanov/AZADİNFORM. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhərində qəzalı binalarda, yararsız tikililərdə, yaşayış üçün təhklükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrasını davam etdirir.  

Azadinform xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu məqsədlə Bakının Qaradağ rayonunda qamış tipli üç mərtəbəli qəzalı binalarda müvəqqəti məskunlaşmış 37 məcburi köçkün ailəsi ilə görüşüb. Onların problemləri ilə yerində tanış olub, qayğılarını dinləyib, suallarını cavablandırıb. Məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.  

12.07.2018 13:52 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo