Komitə 6 ay ərzində büdcəyə ödədiyi vəsaiti açıqlayıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 618 mln. 996,90 min manat daxil olub. 

Azadinform xəbər verir ki, bu barədə DGK-nın açıqladığı statistikada bildirilir. Məlumata görə, gömrük daxilolmaları ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 447 mln. 770,39 min manat və ya 38,23% artıb. 

Ötən 6 ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 412 mln. 167,80 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 114 mln. 300 min manat, aksizlər üzrə 75 mln. 257,20 min manat, yol vergisi üzrə isə 17 mln. 271,90 manat təşkil edib.

12.07.2018 13:45 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo