| |||||
İmtahanda iştirak edənlərin nəticələrinin statistik məlumatları açıqlanıbSamir Soltanov/AZADİNFORM. 2018-ci il iyunun 30-da keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları təqdim edirik. Azadinform xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 1231 nəfər DİM-in (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 492 (40.0%) nəfər imtahandan uğurla keçib. Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilmişdir. 301-400, 401-500, 501 600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 35.4%-i, 50.5%-i, 48.7%-i, 56.3%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.
Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
12.07.2018 13:38 / Baxılıb: 91 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |