"Son hadisələrdə kriminal qrupların nümayəndələrinin iştirakı gözə çarpır"

Ləman Hüseynzadə / AZADİNFORM. "Gəncədəki hadisələri törədənlər çalışırdılar ki, bunu ictimailəşdirsinlər və müxtəlif qrupların nümayəndələrini bu hadisəyə cəlb etsinlər". Bu fikirləri Azafinform-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, əslində baş verənlər terror xarakteri daşıyır: "Hər hansı məmura qarşı silahlı hücum təşkil olunursa, yaxud dövlət nümayəndəsinə basqın edilirsə bu terror hadisəsi sayılır. Terror hadisəsi ilə digər maraqlı qrupların da diqqətini cəlb edirlər. Bütün hallarda qarışıq vəziyyətdən istifadə edən dairələr və qruplar çoxdur. Ona görə də bu məsələnin kökündə duran problemlər araşdırılmalıdır. Bunun üçün kompleks tədbirlər görülməlidir. Burada tək üzdə olan yox, digər pərdə arxasında qalan problemlərin də həllindən söhbət gedir".

Politoloq qeyd edib ki, son hadisələrdə kriminal qrupların nümayəndələrinin iştirakı da gözə çarpır: "Bu o deməkdir ki, hadisədə eyni zamanda, kriminal qruplar da maraqlıdır. Onların fəallığı da ondan irəli gəlir ki, bu kriminal qruplar kifayət qədər burada təşkilatlanmış şəkildə fəaliyyət göstərirlər. Buna da göz yuma bilmərik. İctimaiyyətdə də yetəri qədər bununla bağlı suallar ortaya çıxır. Düşünürəm ki, hüquq-mühafizə orqanları buna da xüsusi diqqət yetirməlidir. Bütün hallarda əsas məsələ sabitliyin qorunmasıdır. Görülən tədbirlər əgər həqiqətən də burada xarici qüvvələrin iştirakı mövcuddursa onların imkanlarını daraldır və öz ssenarilərini həyata keçirtməyə şərait yaratmır".

12.07.2018 12:43 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2018
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo