Gəncədə baş verənlər ölkədəki sabitliyə qəsd cəhdi idi

Şəfa Tapdıq/AZADİNFORM. “Gəncədə baş verənlər ölkədəki sabitliyə qəsd cəhdi idi. Belə halları törətmək ağır cinayətdir və qarşısı alındı. Başqa cür də ola bilməzdi. Təəssüf ki, iğtişaş törətmək istəyənlər din adından istifadə edirlər. Halbuki, İslam sülh, qardaşlıq dinidir”. Bu sözləri Azadinform-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. 

Millət vəkili bildirib ki, dövlətin müvafiq qurumları bu cür halların qarşısını hər zaman ala bilib: “Buna görə DİN əməkdaşlarına təşəkkür edirəm, onlar hər zaman var qüvvələri ilə çalışırlar. Təəssüf ki, iki polisimiz dünyasını dəyişdi. Biz heç müharibədə, Qarabağ torpaqlarının düşməndən azad edilməsi zamanı şəhidimizin olmağını istəmirik, təəssüf ki, öz daxilimizdə polislərimiz sabitliyin qorunması uğrunda şəhid oldular”.

M.İbrahimqızı qeyd edib ki, mövzu dövlətdirsə, hamı bir olmalıdır: “Bizim bir düşmənimiz var. Belə gücləri varsa, gedib ermənilərə qarşı döyüşsünlər. Qarabağı işğaldan azad etmək təkcə prezidentin işi deyil, hər bir vətəndaşın borcudur. Yəni bu işi kimisi vətənpərvər övlad böyütməklə, kimisi əsgərlərimizi ziyarət edib onlara dəstək olmaqla həyata keçirir – hər kəs bu işə öz töhfəsini verir. Bir qrup insan isə öz polisimizi öldürür. Dövlətçiliyimizə qarşı atılan bütün addımların qarşısı alınacaq və həmin insanlar cəzalarını çəkəcəklər”.

12.07.2018 12:33 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2018
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo