İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Samir Soltanov/AZADİNFORM. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb. 

DGK-dan Azadinform-a verilən məlumata görə, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib. Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub. 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. 

Faktla bağlı araşdırma aparılır.

12.07.2018 12:05 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2018
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo