ABŞ-ın xam neft ehtiyatları kəskin azalıb

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın xam neft ehtiyatları kəskin azalıb. 

Azadinform xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 12,6 milyon barrel (3 faiz) azalaraq 405,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların isə 4,5 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 1,2 milyon barrel artmışdı. 

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib. 

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 0,7 milyon barrel (0,3 faiz) azalaraq 239 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların 0,7 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,5 milyon barrel azalmışdı.

12.07.2018 11:54 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo