"Toxumçuluqla məşğul olan fermerlərə 1 milyon manat vəsait qrant şəklində veriləcək"

"Bu gün Azərbaycanda özəl toxumçuluq sektoru ürəkaçan vəziyyətdə deyil".

Bunu Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bu gün Bakıda keçirilən Özəl toxumçuların I Ümumrespublika müşavirəsində bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda taxılçılıq sahəsində toxumlara olan tələbatın 30-35 faizi yerli istehsalçılar tərəfindən ödənilir: “Təbii ki, bunu da artırmaq lazımdır. Əsas prioritet istiqamət özəl toxumçuluğun inkişaf etdirilməsidir. Müxtəlif sahələri özündə əhatə kompleks tədbirlər həyata keçirəcəyik. Bu sahədə mövcud olan qanunvericiliyi inkişaf etdirmək istiqamətində müvafiq işlər görəcəyik".

M. Əliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün onlarla birgə kooperativlərin yaradılması, özəl toxumçuların maddi-texniki bazasının yenilənməsini, onların maarifləndirilməsini həyata keçirməyi qarşıya məqsəd qoyub.

Nazirlik rəsmisi deyib ki, KTN Azərbaycanda özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdıracaq: "Toxumçuluqla məşğul olan fermerlərə 1 milyon manat vəsait qrant şəklində veriləcək". (apa)

12.07.2018 11:36 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo