Qırmızı siyahıda adı olan terrorçu məhv edilib

Samir Soltanov/AZADİNFORM. Türkiyənin təhlükəsizlik qüvvələrin Bitlis bölgəsində antiterror əməliyyatı həyata keçirib. 

Azadinform xəbər verir ki, əməliyyat çərçivəsində zərərsizləşdirilən 10 terrorçudan biri PKK-ın ən fəal üzvlərindən olan Səfər Açar olub. O, qırmızı siyahı üzrə axtarışda olan terrorçudur. 

Qeyd edək ki, S. Açar 1998-ci ildə polis helikopterinin vurulmasında fəal iştirak edənlərdən biri olub. Həmin terror aktı zamanı 15 nəfər həlak olub.

12.07.2018 11:15 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2018
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo