Azərbaycanda 240644 baş it quduzluğa qarşı peyvənd olunub

AZADİNFORM. Cari ilin 6 ayı ərzində quduzluq xəstəliyinə qarşı 240644 baş it (o cümlədən 1900 baş sahibsiz it) peyvənd olunub. Bu barədə məlumatı Azadinform-a Dövlət Baytarlıq Xidmətindən veriblər. Xidmət  sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini artıq başa çatdırıb.

Qeyd edək ki, quduzluq xəstəliyi bütün növ heyvan və insanların mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus mənşəli xəstəlikdir.

Quduzluq xəstəliyinin törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və baş beyinə yaxındısa, yoluxma ehtimalı da o qədər tez baş verir. Xəstəliyin inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya, bəzən isə 8 gündən 3 ilə qədər davam edə bilər. İtlərdə xəstəliyin 5 forması - coşğun, sakit, atipik, abortiv və qayıdan formaları aşkar edilib.

12.07.2018 11:07 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo