"Yaxın Şərqdə baş verənlərin ölkəmizdə təkrarlanmasına imkan verməməliyik

Şəfa Tapdıq/AZADİNFORM. “Ölkədə yaşanan son hadisələr pislənməlidir, bu cür hallar qəbul oluna bilməz. Yaxın Şərqdə baş verənləri görürük. Bunu ölkəmizdə də reallaşdırmaq istəyirlər. Təbii ki, buna imkan verməməliyik”.

Azadinform xəbər verir ki, bu sözləri BDU-nun Jurnalistika fakültəsinin dekanı, politoloq Vüqar Zifəroğlu deyib.

V.Zifəroğlu qeyd edib ki, belə halların qarşısının alınması üçün hər kəs, istər ziyalılar, istərsə də sıravi vətəndaşlar ortaya mövqe qoymalıdır: “Allah şəhid polislərimizə rəhmət eləsin. Azərbaycanı qarışdırmaq istəyənlərə isə dahi Üzeyir Hacıbəylinin unudulmaz kəlamı ilə cavab vermək istəyərdim – “Bu vətən də bizimdir! Bu millət də bizimdir! Bu dövlət də bizimdir!”

12.07.2018 11:00 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo