Qarabağ irəlilədi UEFA reytinqi

Samir Soltanov/AZADİNFORM. Avrokubokların I təsnifat mərhələsinin 2-ci oyun günündən sonra UEFA reytinqi açıqlanıb. 

Azadinform xəbər verir ki, son reytinqdə Azərbaycanı 1 pillə irəliləyərək 21-ci pilləyə qalxıb. 

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını 1:0 hesabı ilə məğlub etməsi ölkəmizə 0.250 xal qazandırıb. Xalı 16.875-ə yüksələn Azərbaycan Belarusa çatsa da, əlavə göstəricilərdəki üstünlük sayəsində 21-ci yerə qalxıb.

12.07.2018 10:35 / Baxılıb: 150 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo