Sürücülərin nəzərinə - Bu yollarda təhlükəsizlik sədləri təmir edilir

Eşqin Nuruşov/AZADİNFORM. Bu yollarda təhlükəsizlik sədləri təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azadinform-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollunun 45-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. İşlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

12.07.2018 10:00 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo