Qaradağdakı ağır yol qəzasında 13 nəfər xəsarət alıb, bir nəfər ölüb - Yenilənib

Qaradağ rayonunda baş vermiş ağır yol qəzası nəticəsində 13 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, ölən şəxs qadındır.

Qadın hadisə yerindəcə ölüb.

Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

2 nəfərə yerindəcə ilkin yardım göstərilib. 3 nəfər isə orda Ələtdəki xəstəxanaya çatdırılıb. (apa)


09:15


AZADİNFORM. Qaradağ rayonunda ağır yol qəzası baş verib. Azadinform-un məlumatına görə, yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.

Ölən və xəsarət alanların olduğu bildirilir.

Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməldaşları hadisə yerində arşadırma aparır. 

12.07.2018 09:38 / Baxılıb: 136 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo