NATO sammiti 2020-ci ilədək 30 batalyon və 30 hava eskadrilyasının yaradılmasını təsdiqləyib

NATO-ya üzv 29 ölkənin dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə 30 gün ərzində düzülməyə hazır olan 30 batalyon və 30 hava eskadrilyasının yaradılmasını təsdiqləyib.

Azadinform-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib

Bundan əlavə sammitdə kibermüdafiə və hibrid təhdidlərlə mübarizə aparmaq üçün bölmələrin yaradılması təsdiqlənib. Həmçinin ABŞ və Almaniyada iki yeni qərargahın yaradılması qərara alınıb.

Yens Stoltenberq bildirib ki,  toplantıda ittifaqa üzv ölkələrinin hərbi xərclərinin 2024-cü ilədək 266 milyard dollar artırılmasına dair milli planlar təsdiqlənib.

11.07.2018 23:48 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo