Serj Sarqsyanın qardaşı oğlu həbs edilib

Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu Ayk Sarqsyan barədə həbs qərarı çıxarıb.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Məhkəmənin qərarı ilə Ayk Sarqsyan həbs edilib", - deyə məlumatda bildirilir. A. Sarqsyan qətlə cəhddə və qanunsuz silah saxlamaqda şübhəli bilinir.

Daha əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanı axtarışa verib. O, qanunsuz silah və narkotik saxlamaqda və özgə əmlakını mənimsəməkdə ittiham edilir. 

Keçmiş prezidentin kiçik qardaşı Levon və onun qızı Ani barədə axtarış elan olunub. Onlar qanunsuz yolla varlanmaqda və gəlir bəyannaməsindən yayınmaqda ittiham edilirlər. 

11.07.2018 23:26 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo