Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

Azadinform-un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.

11.07.2018 21:47 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo