iPhone X və iPhone SE smartfonlarının istehsalı dayandırılacaq

“Apple” şirkəti bu ilin üçüncü rübündə “iPhone X” və “iPhone SE” smartfon modellərinin istehsalını dayandırmağı planlaşdırır.

Azadinform “Vista News” resursuna istinadən yazır ki, bu, istehsalçı şirkətin diqqəti yeni “iPhone 9”, “iPhone 11” və “iPhone 11 Plus” modellərinin hazırlanması və buraxılışına yönəltmək istəməsi ilə izah edilir. “iPhone X” və “iPhone SE” smartfonlarının cəmiyyətdə çox populyarlıq qazanması səbəbindən “Apple” gələcək satışların mümkün uğursuzluğundan ehtiyat edərək onların 2018-ci ilin payızından etibarən satışdan çıxarılması ilə bağlı qərar qəbul edib.

Bundan əvvəl bu ilin payızında “iPhone SE” modelinin qiymətinin ucuzlaşması barədə məlumatlar yayılıb. Bundan başqa, şirkət nümayəndələri bildirib ki, “iPhone SE 2” buraxılmayacaq, çünki model qabaqcıl “iPhone” smartfonlarına ciddi rəqib olacaq, eləcə də böyük gəlir gətirməyəcək.

“iPhone X” modeli satışdan çıxarıldıqdan sonra “Apple” şirkəti məşhur smartfonun yenilənmiş modellərinə tələbatın artacağını proqnozlaşdırır. ABŞ istehsalçısı 2018-ci ilin sonunadək 91 milyon, 2019-cu ilin ortalarınadək isə 92 milyon yenilənmiş model tədarük etməyi nəzərdə tutur.

11.07.2018 22:11 / Baxılıb: 130 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo