Xəzər dənizində çimərkən 28 yaşlı gənc boğulub

Xəzər dənizində 28 yaşlı gənc boğulub.

Məlumata görə, hadisə Xəzər dənizinin Sumqayıt şəhəri sahilində - Novxanı çimərliyində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Cabir Bəhruz oğlu Şanıyev dənizdə çimərkən boğulub. Şahidlərin sözlərinə görə, o, çimərkən qadağanedici tələblərə baxmayaraq, daha uzağa doğru üzüb. Nəticədə köməksiz vəziyyətdə boğularaq ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (report)

11.07.2018 21:36 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo