Polis əməkdaşlarının qətlində şübhəli bilinən şəxslərdən biri tutulub

Samir Soltanov/AZADİNFORM. İyulun 10-da Gəncədə baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından olan və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməyi ilə respublikanın hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib. 

Azadinform xəbər verir ki, bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

11.07.2018 18:45 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo