Hacıqabul sakini göldə batıb

Samir Soltanov/AZADİNFORM. Hacıqabul rayon sakini göldə batıb. 

Azadinform Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Birinci Udullu kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur. 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib. 

Əlavə məlumat veriləcək.

11.07.2018 18:41 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo