OPEC: Azərbaycanın neft hasilatı azalacaq

Samir Soltanov/AZADİNFORM. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır. 

Azadinform xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, may ayında Azərbaycanın xam neft hasilatı artaraq gündəlik 730 min barrel olub. Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı “Mərkəzi” və “Şərqi Azəri” platformaları vasitəsilə kondensat da daxil olmaqla ölkənin neft istehsalı çoxalaraq sutkalıq 810 min barrel təşkil edib. 

Bu il Azərbaycanın neft hasilatının orta hesabla 10 min barrel azalaraq gündəlik 790 min barrelə düşəcəyi proqnozlaşdırılır. 

OPEC Azərbaycanın neft istehsalının 2019-cu ildə isə orta hesabla 20 min barrel aşağı düşərək sutkada 770 barrelə olacağını nəzərdə tutur.

11.07.2018 18:23 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo