"Azərbaycanda təxribat törətmək üçün fundamental dini cərəyanların gücündən istifadə edirlər"

Ləman Hüseynzadə / AZADİNFORM. "Gəncədə baş verən hadisələrin bir-birinin ardınca gəlməyi artıq belə bir fikri təsdiq edir ki, müəyyən qüvvələr xüsusən, Azərbaycan dövlətçiliyinin əleyhinə olan qüvvələr müxtəlif dövlətlərdən gələn tapşırıqlar əsasında ölkəmizin nüfuzuna xələl gətirmək, daxildə bərqərar olunmuş ictimai-siyasi sabitliyi pozmaq və nəticə etibarı ilə Azərbaycanın əsas hədəfi olan ərazi bütövlüyünü qorumaq kimi müqəddəs vəzifənin öhdəsindən gəlməyinə mane olmaq məqsədi güdürlər".

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, ətrafımızda Azərbaycanı sevməyən ölkələr az deyil: "Həmin ölkələr Azərbaycanda təxribat törətmək üçün fundamental dini cərəyanların gücündən istifadə etməyə cəhd göstərirlər. Zənnimcə, Gəncədə baş verən hadisələrdə dini fanatizm müstəvisində yaranan anti-Azərbaycan elementlərinin fəaliyyəti kifayət qədər aydın görünür. Bunların hansı ölkə tərəfindən öyrədilməsi bu gün dövlət üçün əhəmiyyətlidir, amma sadəcə olaraq baş verən hadisələrin mahiyyətini dərk etmək üçün daha çox əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən istintaq hələ davam edir". 

Q.Hüseynli vurğulayıb ki, istintaqın ortaya çıxardığı materiallar və nəticələr var: "Bu ilkin materiallar içərisində xarici dövlətin agentura şəbəkəsinin ölkədə fəal iş apardığını söyləmək mümkündür".

11.07.2018 17:04 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo