Bu, dövlətimizə qarşı qərəzli surətdə təşkil olunmuş terror aktıdır

AZADİNFORM. “Ölkədə baş verən bu cür hadisələrə görə çox pis olmuşam. Çünki bu, dövlətimizə, dövlətçiliyimizə qarşı qərəzli surətdə təşkil olunmuş terror aktıdır”. 

Azadinform xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov deyib. O, bildirib ki, icra başçısına və polis əməkdaşlarına qarşı edilənlər bizi gözü götürməyən dövlətlərin kənardan təşkil etdiyi əməllərdir, içlərindəki pisliyin göstəricisidir: “Bu gün hamımız dövlətimizin yanında olmalıyıq. Bu gün bizə sülh, əmin-amanlıq lazımdır. Şər qüvvələr bizim inkişafımızı qəbul etmir, paxıllığımızı çəkirlər. Düşünürlər ki, burada sabitlikdir, güclü ordumuz var. Ona görə də belə hadisələr törətməyə çalışırlar. Bir vətəndaş kimi dövlətimizin yanındayam və olanları pisləyirəm”.

11.07.2018 16:35 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo