Abşeron və Qusarda çətənə kolları aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Abşeron və Qusarda çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbə sakini Həsən Hüseynova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Daha bir əməliyyat Qusar RPŞ əməkdaşları tərəfindən keçirilib. Belə ki,  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə Çiləgir kənd sakini Ağazaman Zamanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

11.07.2018 16:15 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo