Gəncə ciddi siqnaldır, ancaq pərdənin arxasındakın tapana qədər...

Ötən gün Gəncədə baş verən terror hadisəsi zamanı 2 polis zabitinin qətlə yetirilməsi çox ciddi hadisədir. Gəncə ssenarisini hazırlayan qüvvələr daha çox itki planlayırdılar. Ancaq Daxili İşlər Nazirliyinin əməkdaşlarının çevikliyi bütün planları puç etdi. Dünənki Gəncə hadisəsi bizlərə əyani sübut etdi ki, polislərimiz dövlətçiliyimizin keşiyində nəyin bahasına olursa olsun durmağa hərzaman hazırdırlar.  

Çox məyusedici haldır ki, Gəncədə qaragüruh qüvvələrin xain planlarına alət olaraq, polisinə, dövlətinə qarşı çıxanlar oldu. Təbii ki, bu ssenarini dini motivlər əsasında reallaşdırdılar. İnanclı insanların hissləri üzərindən öz xain əməllərinin həyata keçməsi üçün istifadə etdilər.  Yunis Səfərov və dünən 2 polisimizi öldürən xainlər sadəcə və sadəcə oyunçudurlar. Yəni pərdənin önündə olanlar bəllidir, pərdənin arxasındakılar isə tam bəlli deyil.

Dünənki hadisə ciddi siqnaldır. Birbaşa dövlətçiliyimizə qarşı atılan addımdır. Dövlətimizi, ölkəmizi və ən əsası müstəqilliyimizi qorumaq üçün möhkəm dayanmaq lazımdır! Hər kəs əmin olsun ki, dövlətimiz və eləcə də hüquq-mühafizə orqanları istənilən antiAzərbaycan qüvvələrini darmadağın etməyə qadirdilər! Biz isə vətəndaşlıq mövqeyimizi ortaya qoyaraq, dövlətimizin yanınd olaq! Bu bizim həm də borcumuzdur!


Çağdaş Strateji Araşdırma Mərkəzinin sədri

Seymur Süleymanov

11.07.2018 16:02 / Baxılıb: 193 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo