Bu kimi hallar pensiyaların verilməsində problemlər yaradır

AZADİNFORM. “Bir çox sahələrdə vəzifələr müəyyənləşdirilib. Şəffaflığın təmin edilməsi üçün görüləcək əsas işlərdən biri ünvanlı sosial yardımın verilməsi prosesində yaranan problemlərin aradan qaldırılmasıdır. Cənab Prezident çıxışında qeyd edib ki, bəzi hallarda bu kimi sosial yardımlar ehtiyacı olanlara yox, olmayanlara verilir”. 

Azadinform xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü Əliməmməd Nuriyev deyib. Bildirib ki, bu, həllini gözləyən ən vacib məsələlərdəndir: “Digər tərəfdən, əhalinin məşğulluq proqramına başlanması da vacib sayılan məqamlardandır. Məşğulluq sahəsində həyata keçiriləcək islahatlar əhali arasında yoxsulluğun həlli istiqamətində çox əhəmiyyətli olacaq. Onu da qeyd edim ki, nazirlik bu məsələ ilə bağlı böyük tədbirlər planı hazırlayıb. Həllini gözləyən digər vacib bir məsələ isə qeyri-rəsmi məşğulluqla əlaqəlidir. Belə ki, bəzi müəssisələrdə işçi sayı olduğundan az göstərilir. Rəsmi işçi sayı ilə real işçi sayı üst-üstə düşmür. Bu da gələcəkdə pensiyaların verilməsində problemlərin yaranmasına şərait yaradır. Bu addım qeyri-formal iş mühitinin formalaşmasına səbəb olur”.

Ə. Nuriyev onu da deyib ki, qeyri-şəffaflığın müşahidə olunduğu sahələrdən biri də əlliliyin müəyyən olunmasıdır: “Bu sahədə də bəzi problemlər var. Əlil olmayan insanlara əlillik dərəcələrinin verilməsi bu sahədə olan şəffaflığın elə də yaxşı olmadığının göstəricisidir. Bildirim ki, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə şəffaflığı təmin etmək üçün birgə tədbirlər planı hazırlayıb. Mərkəzləşdirmə siyasəti güclənəcək”.

11.07.2018 16:02 / Baxılıb: 263 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo