"Gəncə hadisələrində hansısa xarici qüvvənin əli var" - Politoloq

Ləman Hüseynzadə / AZADİNFORM. "Faktiki olaraq əgər Gəncədə icra başçısına qarşı yürüş edilirsə, deməli, hakimiyyətə qarşı çıxılır". 

Bu fikri Azadinform-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, hadisənin təkbaşına kiminsə nədənsə xoşuna gəlməməyi əsasında baş verməsi tamamilə əsassızdır: "Düşünürəm ki, hiss olunduğu kimi Gəncə hadisələrində hansısa xarici qüvvənin əli var və Azərbaycanda iğtişaş törətmək istəyirlər, eyni zamanda stabilliyi pozmaq fikrindədirlər. Təbii ki, bu alınmadı. Amma biz belə vəziyyətə hazır olmalı idik".

Politoloq əlavə edib ki, araşdırma nəticəsində hansı xarici qüvvələrin burada əli olduğu tam bəlli olacaq.

11.07.2018 15:56 / Baxılıb: 412 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo