Tökülən qanlar bizim müstəqilliyimizə təhdiddir

Samir Soltanov/AZADİNFORM. “Son günlər Gəncədə baş verən hadisələrin sifarişçilərini və onun icraçılarını şiddətlə lənətləyirəm. Unutmayaq ki, çəkilən tətik, tökülən qanlar bizim suverenliyimizə, müstəqilliyimizə təhdiddir”. 

Azadinform xəbər verir ki, bunu Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu bildirib. O qeyd edib ki, öncə işıqlarımızı söndürdülər: “Sonra məkrli şəkildə evlərimizə girib aralığı qarışdırmağa çalışdılar. Gəncə bizim ən böyük evlərimizdən biridir. Ölkəmizin qədim tarixi-mədəni mərkəzlərindən birində son günlər baş verənlər bir vətəndaş olaraq, bir azərbaycanlı olaraq məni son dərəcə narahat edir. Bütün bunlar əslində Cocuq Mərcanlıda səslənən sülh çağırışlarından, torpaqların azad olunması ilə bağlı bəyanatlardan sonra baş verdi. Azərbaycan ordusunun Günnüt istiqamətində uğurlu əməliyyatı, bütün cəbhə boyu genişmiqyaslı hərbi təlimlər, düşmənlərimiz üçün bir mesaj idi. Digər tərəfdən Ermənistanda baş verən son olaylar, militarist qüvvələrin iç üzünün açılması, irticaçıların, cinayətkarların həbs edilməsi, bununla da danışıqların normal aparılması üçün imkanların yarandığına ümid etdiyimiz bir zamanda Gəncədə yaradılan iğtişaş, təkrar edirəm ölkəmizin suveren və müstəqil siyasətinə qarşı yönəldilmiş qəsddir. Əlbəttə dövlətimiz güclüdür, ölkə başçısının güclü iradəsi mövcuddur. İnanıram ki, bu imtahandan da üzüağ çıxacağıq. Sonda bir daha gənclərimizə, aydınlarımıza səslənir, xalqımızı bir olmağa, həmrəy olmağa, kənar qüvvələrin, dağıdıcı ünsürlərin çağırışlarına uymamağa səsləyirəm”.

11.07.2018 14:58 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo