Kürdüstan əyalətində 3 gün matəm elan olunub

İranın Kürdüstan əyalətində neft tankeri sərnişin avtobusu ilə toqquşub, nəticədə 16 nəfər ölüb.

Məlumata görə, Sənəndəc terminalında neft tankerinin sərnişin avtobusu ilə toqquşmasının ardınca partlayış baş verib. 

Hadisə nəticəsində daha 4 nəfər ağır yaralanıb. Yaralılar Sənəndəc xəstəxanasına yerləşdirilib.

Kürdüstan əyalətində 3 gün matəm elan olunub. (apa)

11.07.2018 14:50 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo