Ölkəyə qanunsuz yolla yük gətirilməsinin qarşısı alınıb

Eşqin Nuruşov/AZADİNFORM. Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə qanunsuz yolla yük gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, gömrük əməkdaşları İrandan Azərbaycana gələn "NILOUFAR ABI" adlı yük gəmisinə baxış keçiriblər. Baxış zamanı, gəmidə Azərbaycanın gömrük ərazisinə idxal olunan və gömrük orqanına bəyan edilməyən 98120 kq ağ sement və 24500 kq polietilen yükləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

11.07.2018 14:43 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo