Həmkəndlisini güllələyən saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Daşkəsəndə həmkəndlisinə güllə atan şəxs tutulub. 

DİN-dən Azadinform-a verilən məlumata görə, iyulun 10-da Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində kənd sakini Sofi Məmmədov münaqişə zəminində sərxoş halda olan həmkəndlisi Elbəyi Məmmədov istiqamətində atəş açıb. Nəticədə E.Məmmədov yüngül xəsarət alıb. 

S.Məmmədov Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “TOZ-16” markalı tüfəng götürülüb. 

Araşdırma aparılır.

11.07.2018 13:48 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.11.2018
    14.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo