Azərbaycanlı səfir erməni jurnalistin yazısına cavab verib

Samir Soltanov/AZADİNFORM. Argentina və ümumilikdə regionun aparıcı və ən çox oxucu kütləsinə malik KİV-dən olan “Clarin” qəzetində dərc olunmuş, qəzetin erməni əsilli jurnalisti Magda Tagtachianın müəllifi olduğu “Artsax və Azərbaycan, müharibə davam edəcəkmi?” başlıqlı yazısı ilə bağlı qəzetdə “cavab hüququ” qismində Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun Azərbaycanın məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir adlı cavab məktubu dərc edilib. 

XİN-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, səfir R.Aslanovun “Clarin” redaksiyasına ünvanlanmış cavab məktubunda Dağlıq Qarabağın tarixən Azərbaycana məxsus olması, ermənilərin müxtəlif dövrlərdə oraya köçürülməsi, Azərbaycan SSR tərkibində DQMV-nin yaradılması, Ermənistan ərazisindən azərbaycanlıların müxtəlif vaxtlarda kütləvi deportasiyası, Ermənistanın ölkəmizə qarşı tarixən mövcud olmuş və Sovet İttifaqının son illərində yenidən canlanmış ərazi iddiaları, ölkəmizə qarşı hərbi təcavüzü, o cümlədən torpaqlarımızın 20%-nin işğal edilməsi və 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi və münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər, bu sənədlərin Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal və qeydsiz-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların öz torpaqlarına qaytarılmasını tələb etdiyi  haqda ətraflı məlumat verilib. 
Azərbaycan ərazisində Ermənistan işğalçı qüvvələrinin mövcudluğu və bu səbəbdən ölkəmizin öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək istəyinin onun tam suveren hüququ olduğu, bununla belə ölkəmizin hələ də münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəmədiyi qeyd olunub.

 

https://www.clarin.com/cartas-al-pais/objetivo-azerbaiyan-recuperar-integridad-territorial_0_Hy1haOAGX.amp.html

11.07.2018 13:04 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo