Kreml Ermənistanda Paşinyan inqilabı tipli prosesləri istisna etmək kursu götürüb Mübariz Əhmədoğlu

Samir Soltanov/AZADİNFORM. “Paşinyan inqilabı Ermənistanın strateji inkişaf perspektivlərini xeyli qeyri-müəyyən edib. Rusiya, ABŞ və İranda Ermənistanın hansı istiqamətdə inkişaf edəcəyini heç kəs bilmir. İş burasındadır ki, Ermənistanın özünün daxilində heç kəs Ermənistanda bundan sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdıra bilmir”. 

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, Nikol Paşinyan konkret antirusiya şüarlarla hakimiyyətə gəldi: “Qarabağ məsələsinə tam laqeydlik göstərdi. Az keçmiş Qarabağ məsələsində mövqeyini 180 dərəcə dəyişdi, sosial-iqtisadi məsələlərlə bağlı xeyli vədlər verdi. Az sonra vergi sistemi və sosial yığım fondları ilə baş verənlər göstərdi ki, N.Paşinyan bu sahədə də verdiyi vədlərdən tamamilə geri çəkilir. Amma ən çox qaranlıq məsələ Ermənistanın geostrateji seçimindədir. N.Paşinyan “məxməri inqilab” texnologiyası ilə hakimiyyətə gəldi. Adətən belə texnologiyalar ABŞ-la əlaqəlidir və motivasiyada bəlli idi ki, ABŞ Ermənistanın energetika sahəsinə 8 milyard investisiya qoymaq istəyir. Bununla da ABŞ Ermənistanı Rusiyanın enerji asılılığından çıxarır və nəticədə Ermənistan iqtisadi müstəqillik əldə etmiş olurdu. Serj Sərkisyan bu addıma gedə bilmədi. ABŞ S.Sərkisyanın devrilməsinə, N.Paşinyanın hakimiyyətə gəlməsinə şərait yaratdı. İndi N.Paşinyan hakimiyyətə gələni Rusiya ilə münasibətləri normallaşdırmaq barədə bəyanatlar verir, AİB, KTMT ilə bağlı dediyi fikirlərin tərsinə olaraq indi AİB-i Ermənistanın inkişafı üçün ən prioritet elan edir”.

Politoloq vurğulayıb ki, ABŞ-ın da mövqeyi bəllidir: “Yalnız Ermənistanda parlament seçkilərindən sonra ABŞ Ermənistandakı hakim komandaya inanacaq. ABŞ üçün vacib odur ki, xalq seçki sisteminə inansın. Amma bəllidir ki, ən çox zərər çəkən Rusiyadır. Ermənistan “məxməri inqilabın” özünü daha məxməriləşdirə bilər. Ukraynada, Gürcüstanda olduğu kimi bir addıma deyil, yaxın vaxtlarda aparılan islahatlar nəticəsində Ermənistan Rusiyanın təsir zonasından tamamilə çıxacaqdır. Atdığı addımlar Kremlin bunu başa düşdüyünü bunu göstərir. Rusiya başa düşür ki, Ermənistanda yenidən ABŞ və İranın maraqları güclənib.

Rusiya Ermənistan məsələsi ilə daimi məşğul olmaq fikrində deyil. Kreml Ermənistanda N.Paşinyan inqilabı tipli hadisələri istisna etmək kursu götürüb. Son dövrlərdə Yuxarı Larsda Ermənistandan gedən kənd təsərrüfatı maşınlarının sərhədi keçə bilməməsi, rusiyalı rəsmilərin Ermənistan rəsmiləri ilə görüşləri bunu deməyə əsas verir”.

Politoloqun sözlərinə görə, N.Paşinyan və onun ətrafı baş verənləri başa düşmək istəmir: “N.Paşinyanın atdığı addımlardan biri diaspor ermənilərinin Ermənistanın idarəçiliyinə cəlb etməkdir. Hal-hazırda bu istiqamətdə praktiki işlər başlayıb. Bu Rusiyanı daha çox narahat edir: Yaxın Şərqdən gələn ermənilər terrorçuluq, Qərbdən gələn ermənilər isə antiRusiyaçılıq ideyalarının daşıyıcılarıdır. Bunlar Rusiyanın ərazisində həm antiRusiyaçılığın, həm də terrorçuluğun güclənməsinə şərait yaradır.  Ona görə V.Putin yaranmış vəziyyətdən istifadə edərək Ermənistanı elə həddə gətirib çıxaracaq ki, orda bir daha Paşinyan hadisələri tipli hadisələr baş verməsin. Yox əgər Ermənistanda Paşinyan tipli hadisələr sürətlə gedəcəksə, o zaman Ermənistanın referendum yolu ilə Kalininqrad statusu ilə Rusiyanın tərkibinə daxil olması prosesi də sürətləndiriləcək”.

11.07.2018 12:22 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo