Gömrükdə 599 ədəd metadon müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük nəzarəti keçirilib. 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, yoxlama zamanı idman çantasında, 4 ədəd plastik dərman qablarının içərisində ümumilikdə 599 ədəd metadon adlı həb aşkar edilib. 

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir və 599 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 23,96 qram təşkil edir. 

Faktla bağlı araşdırma aparılır.

11.07.2018 11:30 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo