"Münaqişənin həlli üçün substantiv danışıqları dəstəkləyirik"

“Bu gün axşam saatlarında Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək”. 

Azadinform apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, danışıqlar prosesinin gündəliyi və formatı bəllidir: "Bu, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Azərbaycan davamlı sülhü və münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir”. 

H. Hacıyev qeyd edib ki, hələlik Azərbaycan və Ermənistanın 1-ci şəxslərinin görüşü gündəlikdə deyil.

11.07.2018 11:00 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo