Gəncə hadisələrində şübhəli bilinən 2 nəfər axtarılır - Foto

Eşqin Nuruşov/AZADİNFORM. İyulun 10-da Gəncədə qanlı cinayət törətməkdə şübhəli bilinən iki nəfər axtarılır.

Respublika Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən Azadinform-a verilən məlumata görə, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törədənməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə,habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.

11.07.2018 09:40 / Baxılıb: 178 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo