Bülənt Ərsoy konsertini ləğv etdi

Müğənni Bülənt Ərsoy Çorluda baş vermiş qatar qəzası ilə bağlı Çeşmədəki konsertini ləğv edib.

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan Ərsoy iyulun 14-də tamaşaçıların qarşısına çıxa bilməyəcəyini deyib:

"Çorludakı qatar qəzasında dünyasını dəyişən insanların cənazəsi dəfn edilmədən, ailələrin göz yaşlarının islatdığı dəsmallar qurumadan, yaralıların yarası sarılmadan əyləncə məkanında konsert verməyi mənəviyyatımdakı insan sevgisi və hörməti adına bütün biletləri satılmış konsertimi təxirə saldığımı bildirmək sitəyirəm. Qəzada ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm". 

Qeyd edək ki, Tekirdağda qatarın relsdən çıxması nəticəsində baş vermiş qəzada 24 nəfər ölüb, 124 nəfər yaralanıb. 

10.07.2018 23:45 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo