Ağcabədidə qəza nəticəsində 3 nəfər xəsarət alıb

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə rayonun Boyat kəndi ərazisində baş verib.

Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyeva İlahə Elxan qızı, 1995-ci il təvəllüdlü Vəliyeva Xədicə Abbas qızı və 2018- ci il təvəllüdlü Vəliyev Famil Sadiq oğlu müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

10.07.2018 22:56 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo