Əfqanıstanda terror aktı nəticəsində 12 nəfər həlak olub

Əfqanıstanın şərqində Nanqarxar əyalətinin inzibati mərkəzində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 12nəfər həlak olub və 4 nəfər yaralanıb. 

Bu barədə Azadinform Tolo News yerli telekanalına istinadən xəbər verir.

Kamikadze Cəlalabad şəhərində nəzarət-buraxılış məntəqəsinə hücum edib. Həlak olanlar arasında Milli Təhlükəsizlik İdarəsinin iki əməkdaşı da var. Terror aktının digər qurbanları dinc sakinlər olublar. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Hazırda ölkə ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

10.07.2018 22:17 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo