Gəncədə qanunsuz aksiyanın qarşısı alınıb

Bu gün axşam saatlarında Gəncə şəhərində bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd edib.

Sayı 200 nəfərə yaxın olan dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsində  aksiyanın qarşısı alınıb.

Məlumata görə, 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.

Hadisə zamanı iğtişaşçıların iki polis əməkdaşına xəsarət yetirdikləri bildirilir. 

Hazırda Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir. (apa)

10.07.2018 21:58 / Baxılıb: 333 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo